Tag Archives: seçki 2005

Hər deputat haqqında bir cümlə

Az qalıb. Seçkilərə deyirəm. Noyabrın 7-də Milli Məclisə yenidən seçki keçiriləcək və bu yarışda kim uda, kim uduza. Ancaq sözüm onda deyil. Sadəcə zor-xoş Milli Məclisdə yer alanların ötən dövrdə sərgilədiyi faydalı iş əmsalını bir cümlə ilə dəyərləndirmək kimi fikir keçdi ağlımdan. Düşündüm ki, şəxsən özüm ictimai-siyasi fəal bir insan kimi MM-in hazırkı üzvlərini ayrı-ayrılqda […]

Seçki 2005: düşüncələrim və qənaətlərim

Azər H.Həsrət. Dərc edilib: 24 saat qəzeti, 08 avqust 2008. (Əvvəli ötən sayımızda) Nə isə. Birlikdə yol getdik. Yolun sonuna gəlmədən pərən-pərən düşdük və hətta sonradan bir-birimizə düşmən kəsildik. Sanki millətin dərdi-səri bitibmiş ki, Əli Kərimli-İsa Qəmbər deyişmələrinə vaxt xərcləməliymişik… Yaddan çıxmadan bəzi adamlara təşəkkür də etmək istərdim. Yuxarıda adları keçən dostlarımla bərabər Bozqurdların öndəri […]

Seçki 2005: düşüncələrim və qənaətlərim

Azər H.Həsrət. Dərc edilib: 24 saat qəzeti, 07 avqust 2008. (Əvvəli ötən sayımızda) Amerikalı xanım haqlı idi. Xaçmazın da daxil olduğu Şimal bölgəsində “Azadlıq” Bloku özünü hiss etdirə bilməmişdi. Ona görə belə olmuşdu ki, blokun namizədləri çox zəif idi. Bakıdan çıxıb Sumqayıtı keçəndən sonra Xızı, Siyəzən, Dəvəçi, Quba, Xaçmaz və Qusar kimi rayonlardakı seçki dairələrində […]

Seçki 2005: düşüncələrim və qənaətlərim

Azər H.Həsrət. Dərc edilib: 24 saat qəzeti, 06 avqust 2008. Əvvəli ötən sayımızda …Xaçmaz şəhərinin içindən keçib ucqar bir kəndə görüşə gedirdik. Xaçmaz şəhər dairəsindən olan namizədimizi dəstəkləmək üçün bütün gücümüzü də işə salmışdıq. Elə şəhərin mərkəzini keçirdik ki, tində duran iki polis nəfərindən biri bizi görüb tez əlini telefonuna atdı və lazım olan yerə […]

Seçki 2005: düşüncələrim və qənaətlərim

Azər H.Həsrət. 24 saat qəzeti, 05 avqust 2008 (Anons) 2005-ci il ölkəmizin tarixində daha bir seçki izi buraxmaqla özünü müxalifətçi hesab edən mənim kimi insanların taleyinə əlavə bir məğlubiyyət də yazdı. Bu məğlubiyyəti nə qədər qəbul etməsək də, onun başqa adı yoxdur. Heç ola da bilməz. Ya zəlzələdən, ya da ki, vəlvələdən, biz məğlub olduq. […]

Kişi adam

Ötən il noyabrın 6-da səsvermənin sona çatmaq üzrə olduğu məqamda seçki qərargahımın üzvləri ilə etdiyim bir söhbəti xatırlayıram. Axşama doğru 56 saylı Xaçmaz kənd seçki dairəsinin demək olar bütün məntəqələrindən məlumat toplanmışdı ki, total saxtalaşdırma tətbiq edilir. “Azadlıq” Blokunun vahid namizədi kimi artıq noyabrın 6-dək bilirdim ki, ən azı 80% səslə YAP-ın namizədini darmadağın edəcəm. […]

Jurnalist namizədliyini irəli sürəcək

Azər Həsrət artıq istefa verib Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi Azər Həsrət tutduğu vəzfədən istefa verib. O, bu addımının qarşıdan gələn parlament seçkiləri ilə əlaqəli olduğunu deyib. Azər Həsrətin sözlərinə görə, məsuliyyətli bir qurumun baş katibliyində qala-qala, seçkilərdə fəal iştirak etmək mümkün olmadığından, istefa vermək qərarına gəlib.Azər Həsrət istefa məsələsini AJK-nın prezidenti Hacı Hacıyevlə müzakirə […]